Yığmamız Portuqaliyada Avropa Açıq Çempionatında yarışacaq
Paraüzgüçülük üzrə Azərbaycan milli komandası bu gündən etibarən Portuqaliyanın Madeyra şəhərində keçiriləcək Avropa Açıq Çempionatında yarışacaq.
Mediasport.az xəbər verir ki, Paris Paralimpiadasına hazırlıq məqsədi daşıyan turnirdə ölkəmizi kişilərdə Vəli İsrafilov ilə Roman Saley, qadınlarda isə Könül Süleymanova təmsil edəcəklər.
Qeyd edək ki, milli komandamızı yarışa məşqçi Anar Məmmədov çıxaracaq.
Yarış aprelin 28-də yekunlaşacaq.