Paris-2024: Turan Bayramov qələbəni yenə son anda əldən verdi
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə uğursuz başlayıb.
Mediasport.az xəbər verir ki, 74 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 final mərhələsində Albaniya təmsilçisi Çermen Valiyevlə qarşılaşıb.
İlk hissəni 3:0 hesabı ilə öndə başa vuran gənclərin Olimpiya çempionu titulsuz rəqibinə sona 8 saniyə qalmış uduzub - 3:4.
Rəqib finala çıxa bilsə, Bayramovun bürünc medal qazanmaq şansı yaranacaq.
Xatırladaq ki, güləşçimiz ötən ilin sentyabrında Serbiyada keçirilən dünya çempionatının yarımfinalında da sona 1 dəqiqə qalmış 8:0 hesablı üstünlüyü əldən verərək məğlub olmuşdu.