"Partizan" "Sabah"la oyunöncəsi liqada əzmkar qələbə qazandı

"Partizan" "Sabah"la oyunöncəsi liqada əzmkar qələbə qazandı

"Sabah"ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi "Partizan" Serbiya çempionatında növbəti oyununu keçirib.

mediasport.az xəbər verir ki, Belqrad təmsilçisi 3-cü tur çərçivəsində "Radniçki”ni qəbul edib.

İlk hissəni məğlub olan təmsilçimizin rəqibi son dəqiqələrdə 2 qol vuraraq əzmkar qələbə qazanıb - 2:1.

Qeyd edək ki, serblərə Bakıda 2:0 hesabı ilə qalib gələn "Sabah" "Partizan"la səfərdə avqustun 17-də qarşılaşacaq.