Rumıniyada oynayan hücumçu Azərbaycana vurduğu qolu xatırladı
Bu gün Azərbaycan millisi ilə beynəlxalq yoldaşlıq oyununa çıxacaq Moldova yığmasının futbolçusu Vitali Damaşçan görüş haqqında düşüncələrini danışıb.
mediasport.az xəbər verir ki, karyerasını icarə əsasında Rumıniyanın "Voluntari" klubunda davam etdirən "Şepşi"nin 23 yaşlı hücumçusu yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini deyib.
Forvard yığmamızın qapısına bundan əvvəlki yoxlama matçında vurduğu qolu da yada salıb: "O qol yaxşı xatirimdədir. Qələbə qazanmağımıza baxmayaraq, milli səviyyəsində asan oyunlar olmur. Hər bir rəqibə qarşı mübarizə aparmaq çətindir. Oyunda azarkeşlərin dəstəyi də çox vacibdir. Onlarsız futbolun mənası yoxdur. Biz fanatlardan asılıyıq. Tamaşaçısız oynamaq ağırdır. Bu gün stadionda çox sayda azarkeş gözləyirəm".