AFFA-nın departamentinin fəaliyyəti qiymətləndirilib

AFFA-nın departamentinin fəaliyyəti qiymətləndirilib

İsveçrənin SGS şirkəti 2023-cü ildə AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

Mediasport.az xəbər verir ki, şirkət tərəfindən federasiyaya ünvanlanmış məktubda Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu qeyd edilib.

Bundan əlavə, Klubların Lisenziyalaşdırılması Departamenti 2024/2025 Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.