AFFA sənədləri saxtalaşdıran məşqçini futboldan uzaqlaşdırıb
AFFA U-13 Liqasında çıxış edən “Baku Sportinq” komandasının məşqçisi Şamil Məmmədov sənədlərin saxtalaşdırılmasında iştirak etdiyi üçün futboldan 12 aylıq kənarlaşdırılıb.
Mediasport.az xəbər verir ki, AFFA İntizam Komitəsi mütəxəssisə cəzanın 6 ayını şərti olaraq tətbiq edib.
Cəzaya səbəb lisenziyası olmayan Əli Hüseynovun komandanın heyətində Roman Bayandurovun adından oyunlara çıxmasıdır.
O, 9 oyunda (I tur “Baku Sportinq” – “Zirə” (2:1), II tur “Modern” – “Baku Sportinq” (1:5), III tur “Baku Sportinq” – “Fənər Bakı” (8:1), IV tur EFA – “Baku Sportinq” (2:4), V tur “Baku Sportinq” - ROFM (0:0), VI tur “Zəngəzur” – “Baku Sportinq” (2:1), VII tur “Baku Sportinq” – “Xəzər Baku” (5:0), VIII tur “Neftçi” – “Baku Sportinq” (2:2), IX tur “Baku Sportinq” – “Xəzri Buzovna” (6:1) meydanda olub.
Həmin qarşılaşmalarda “Baku Sportinq”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.