Bakı klubunun bombardiri İsrail Premyer Liqasında oynayacaq
"Səbail"dən ayrılan Aleksandr Ramalinqomun yeni klubu məlum olub.
Mediasport.az xəbər verir ki, madaqaskarlı hücumçu karyerasını İsraildə davam etdirəcək.
31 yaşlı forvard Premyer Liqa təmsilçisi "Bney Saxnin"ə keçib.
Ötən mövsüm Bayıl klubunun heyətində 17 qolla bombardirlər siyahısında ikinci olan futbolçu Saxnin təmsilçisi ilə 2024/2025-ci illər mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Xatırladaq ki, Ramalinqom 1 mövsüm forma geyindiyi "Səbail"də ümumilikdə 35 matç keçirib.