PFL rəsmisi Konfrans Liqasında UEFA nümayəndəsi olacaq

PFL rəsmisi Konfrans Liqasında UEFA nümayəndəsi olacaq

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov yeni təyinat alıb.

Mediasport.az xəbər verir ki, o, Türkiyədə yerli "Başakşəhər" və Gürcüstanın "İberiya" komandaları arasında keçiriləcək Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma avqustun 15-də baş tutacaq.