Renat Dadaşovun komandası evdə "Kayserispor"u qəbul edəcək
Azərbaycan yığma komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" bu gün Türkiyə Superliqasında növbəti oyununu keçirəcək.
Mediasport.az xəbər verir ki, Volkan Dəmirəlin baş məşqçisi olduğu kollektiv 10-cu tur çərçivəsində "Kayserispor"u qəbul edəcək.
Qarşılaşma saat 21:00-da başlanacaq.
Hatay təmsilçisi 9 turdan sonra 14 xalla turnir cədvəlində 7-ci sırada qərarlaşıb, "Kayserispor" isə 13 xalla 9-cudur.