PFL "Sumqayıt"ın futbolçusunu mükafatlandırıb - "Ayın qolu"

PFL "Sumqayıt"ın futbolçusunu mükafatlandırıb - "Ayın qolu"

Peşəkar Futbol Liqasının “Ayın qolu” layihəsinin növbəti qalibi Rövlan Muradov mükafatlandırılıb.

Mediasport.az xəbər verir ki, noyabr ayının ən yaxşı qolunu vuran “Sumqayıt”ın futbolçusuna “Qarabağ”la görüşdən əvvəl mükafatlar təqdim olunub.

Ona mükafatları "Kapital Bank Arena"da Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev təqdim edib.