Polşanın 3-cü liqa klubunun baş məşqçisi və köməkçisi "Qarabağ"da!

Polşanın 3-cü liqa klubunun baş məşqçisi və köməkçisi "Qarabağ"da!

Polşanın 3-cü liqa klubu "Vieçişta"nın (Krakov) baş məşqçisi Dariuş Marzek və onun köməkçisi Yanuş Svierad Azərbaycandadır.

mediasport.az xəbər verir ki, mütəxəssislər ölkəmizə Ağdam klubunda və baş məşqçi Qurban Qurbanovun yanında təcrübə keçməyə gəliblər.

53 yaşlı polyak məşqçilər korpusu, komandanın Suraxanıda yerləşən bazası haqda fikirlərini bölüşüb: ""Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, onun köməkçiləri Avropanın bir çox tanınmış klublarında təcrübə keçib, müasir futbolun nə olduğunu yaxşı bilirlər. Burada stadion, məşq meydançası, hər şəraiti olan otel onların ehtiyaclarını tam ödəyir. Bu səfər bizim üçün fərqli təcrübədir. Çünki başqa ölkədə, fərqli şəraitdə işləməyin necə olduğunun şahidi olmaq xoşdur".

Polşalı qonaqlar ağdamlıların Premyer Liqanın 15-ci turu çərçivəsində "Zirə" ilə 0:0 başa çatan görüşünü stadiondan izləyiblər.