"Qarabağ" Kamerun yığmasının keçmiş hücumçusuna dəvət göndərdi
Kamerun millisinin keçmiş hücumçusu Diderik Joel Tacu karyerasını Azərbaycanda davam etdirə bilər.
MediaSport.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, "Qarabağ" 30 yaşlı forvard üçün "Maritimu"ya müraciət edib.
Bildirilir ki, Ağdam təmsilçisi birbaşa klub və futbolçunun özü ilə əlaqə saxlayıb. Ötən mövsümü icarə əsasında Səudiyyə Ərəbistanının “Əl-Həzm” klubunda keçirmiş afrikalının Portuqaliyada aldığı maaşdan narazı olduğu və təklifə isti yanaşdığı yazılıb.
Tacu Kamerun yığmasında 6 oyuna 1 qol vurub.