"Araz-Naxçıvan"ın oyunçusu ikinci dəfə ən gözəl qolun müəllifi seçilib
Peşəkar Futbol Liqası 2023/24 mövsümündən etibarən "ayın qolu” layihəsinə start verib.
Mediasport.az xəbər verir ki, qurumun rəsmi "Facebook" səhifəsində keçirilən müsabiqədə azarkeşlər tərəfindən dekabr ayının ən gözəl qolu Turan Manafovun "Sabah"a vurduğu qol seçilib.
Hazırda davam edən "Sumqayıt"la oyundan əvvəl mükafat futbolçuya PFL-in texniki idman direktoru Elgiz Abbasov tərəfindən təqdim edilib.
Xatırladaq ki, Turan bu mükafatı ikinci dəfə qazanıb.