Futbolda ilk - Azərbaycanlı ata oyunda qızı ilə hakimlik edib

Futbolda ilk - Azərbaycanlı ata oyunda qızı ilə hakimlik edib

Dünya futbolu tarixində maraqlı ilk yaşanıb.

Mediasport.az xəbər verir ki, azərbaycanlı ata qızı ilə birlikdə oyunda hakim olublar.

İslandiyanın Akureyri şəhərində keçirilmiş Kyarnafed liqası turnirində Azərbaycan əsilli islandiyalı Zakir Yon Həsənov baş hakimlik edib. Yan xətt hakimi kimi isə ona qızı - İslandiya Futbol Federasiyasının ən gənc qadın referisi Leyla Osk kömək edib.

Qeyd edək ki, Zakir Həsənov “Azəri” İslandiya-Azərbaycan Cəmiyyətinin sədridir.

Məlumatı "New Diaspora of Azerbaijan" feysbuk səhifəsi paylaşıb.