Pişiyə görə 200 min dollar cərimə tələbə edirlər - MƏHKƏMƏ
Braziliyanın bir qrup qeyri-hökumət təşkilatı Heyvanların Rifahı və Müdafiəsi üzrə Milli Forumla birlikdə Braziliya Futbol Konfederasiyasını məhkəməyə verib.
mediasport.az xəbər verir ki, buna Qətərdə keçirilən Dünya çempionatı zamanı konfederasiyanın mətbuat katibinin pişiyə qarşı kobud davranışı səbəb olub.
Şikayətçilər konfederasiya rəsmisinin masanın üzərində dayanan pişiyi kürəyindən tutaraq yerə atdığı üçün qurumun 200 min dollar cərimələnməsini istəyir və BFK-nın ictimaiyyətdən üzr istəməsi tələb edirlər.