"Qadın güləşi ilə bağlı bir sıra layihələr həyata keçiririk"
"Qadın güləşi ilə bağlı bir sıra layihələr həyata keçiririk".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Nəsimi Musayev ölkəmizdə səfərdə olan ABŞ-ın qadın güləşi üzrə mütəxəssislərin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
O, ötən il AGF-nin səkkiz nümayəndəsinin ABŞ-a səfər etdiyini xatırladıb: “Bu cür layihələrin olması müsbət addımdır. Artıq burada olan qonaqlar Azərbaycanın müxtəlif bölgələrinə səfər ediblər və öz təcrübələrini bölüşüblər”.
Qeyd edək ki, ABŞ-ın qadın güləşi üzrə 14 mütəxəssisi Azərbaycanda səfərdədir.
Mayın 25-dək davam edəcək səfər çərçivəsində qonaqlar “Qız kimi güləş” şüarı altında ölkəmizin müxtəlif idman zallarında olacaq, ustad dərsi keçməklə yanaşı, yerli məşqçilərlə fikir mübadiləsi aparacaqlar.