"Qalatasaray" - "Fənərbağça" finalı Xankəndidə keçirilsin - FOTO
Türkiyəli sabiq Millət Vəkili Sinan Oğan Superkubokun finalı ilə bağlı maraqlı təklif irəli sürüb.
Mediasport.az xəbər verir ki, tanınmış siyasətçi “Qalatasaray” - “Fənərbağça” oyununun Xankəndi şəhər stadionunda keçirilməsi ideyasını təklif edib.
Sinan Oğan bu barədə sosial şəbəkə hesabından paylaşım edib. "Mütləq ökə xaricində oynamaq istəyirsinizsə, Xankəndi stadionunu məsləhət görürəm" - deyə, vurğulayıb.
Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanında baş tutmalı olan matç yerli hökumətin siyasi qadağaları səbəbindən təxirə salınıb.