İlkin Fikrətoğlundan 50 yaşlı "Professor"a yubiley süjeti - VİDEO

İlkin Fikrətoğlundan 50 yaşlı "Professor"a yubiley süjeti - VİDEO

Mayın 10-da futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü və məşqçisi Mahmud Qurbanovun 50 yaşı tamam oldu.

Peşəkar karyerasına "Kəpəz"də başlamış veteran yarımmüdafiəçi "Neftçi", "Şəmkir", "Xəzər Lənkəran", "İnter", "Bakı" və "Sumqayıt", həmçinin İranda "Fulad" və Ukraynada "Tavriya" klublarının formalarını geyinib.

Məhz Simferopol klubunda "Professor" ləqəbini almış Qurbanov Azərbaycan futbolu tarixinin yeganə 11-qat ölkə çempionudur.

Tanınmış idman jurnalisti İlkin Fikrətoğlu Qurbanovun yubileyi ilə əlaqədar maraqlı süjet hazırlayıb: