"Vura bilmədiyim bir qol bütün gələcək taleyimi həll elədi"
"Uşaq vaxtı futbolçu olmaq istəyirdim. Komandamızın ilk rəsmi oyununda vura bilmədiyim bir qol isə bütün gələcək taleyimi həll elədi".
Mediasport.az xəbər verir ki, bu sözlər aktyor Taleh Yüzbəyova məxsusdur.
Gənc incəsənət adamı futbolçu olmaq arzusunun yarıda qalması haqqında xatirələrini bölüşüb:
"O vəziyyətdən sonra məşqçi mənə inamını itirdi və ehtiyat oyunçusu oldum. İllərlə o vəziyyət yadımdan çıxmadı. İki oyunçunu keçib qapıçı ilə təkbətək qalmışdım. Qapıçı meydançası palçıq içində idi. Özümü itirdim. Sol ayaqla eybəcər bir zərbə vurdum, qapıçı çıxartdı. Yüzlərlə başqa variant içində ən pisini seçmişdim. Hər dəfə beynimə o topu başqa cür vururdum. Qısaca, futbolçu ola bilmədim. Amma bu yaxınlarda Media Liqasında böyük meydançada oyuna çıxdım. Möhtəşəm hisslər idi. Hələ də futbolçu olmaq arzum mən tərk etməyibmiş. Artıq gec olsa da".