Dünya ulduzunun paylaşımı: "Növbəti oyunu düşünürəm"

Dünya ulduzunun paylaşımı: "Növbəti oyunu düşünürəm"

"Olimpiakos"un "Real"dan (Madrid) heyətinə qatdığı Marselo Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu barədə şəxsi instaqram səhifəsində  paylaşım edib.

MediaSport.az xəbər verir ki, təcrübəli ulduz futbolçu Bakıdakı qarşılaşmanı düşündüyünü yazıb.

"Özümü yaxşı və xoşbəxt hiss edirəm. Avropa Liqasında növbəti oyunumuzu düşünürəm".

Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək qarşılaşma saat 20:45-də başlanacaq.