"Qalatasaray" qitənin bir nömrəli yarışında qrupa vəsiqə qazandı

"Qalatasaray" qitənin bir nömrəli yarışında qrupa vəsiqə qazandı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmalarına start verilib.

Mediasport.az xəbər verir ki, pley-offun ilk oyun günündə 3 matç baş tutub.

Beləcə, qrupa vəsiqə qazanan və UEFA Avropa Liqasının qrup mərhələsinə çıxan 3 komanda məlum olub.

Türkiyə çempionu “Qalatasaray” səfərdə minimal fərqlə qalib gəldiyi Norveç təmsilçisi “Mölde”ni evdə də məğlub edərək adını qitənin bir nömrəli yarışının qrup mərhələsinə yazdırıb.

Mərhələnin digər görüşləri bu gün keçiriləcək.


UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab oyunları


“Qalatasaray” (Türkiyə) – “Mölde” (Norveç) 2:1

Qollar: Mauro İkardi, 7 (pen.). Angelinyo, 90+3 - Eyrik Hestad, 66

İlk oyun – 3:2


“Panatinaikos” (Yunanıstan) – “Braqa” (Portuqaliya) 0:1

Qol: Bruma, 83.

İlk oyun – 1:2


“Yanq Boyz” (İsveçrə) – “Makkabi” (Hayfa, İsrail) 3:0

Qollar: Sedrik İtten, 23. Abdulaye Sek, 28 (avtoqol). Filip Uqriniç, 46.

İlk oyun – 0:0