Madrid "Real"ı 15-ci dəfə UEFA Çempionlar Liqasının qalibi oldu!

Madrid "Real"ı 15-ci dəfə UEFA Çempionlar Liqasının qalibi oldu!

Futbol üzrə Avropa qitəsinin bir nömrəli klub yarışı - UEFA Çempionlar Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.

Mediasport.az xəbər verir ki, bütün dünyanın diqqət mərkəzidə olan məşhur "Uembli" stadionunda turnirin rekordçusu "Real" 15-ci dəfə əsas mükafatı başı üzərinə qaldırıb.

Xatırladaq ki, ÇL-i qazanan ispanlar mövsümün yekun matçında - UEFA Superkubokunda Avropa Liqasının qalibi “Atalanta” ilə qarşılaşacaq.


UEFA Çempionlar Liqası. Final


23:00. “Borussiya” (Dortmund, Almaniya) - “Real” (Madrid, İspaniya) 0:2

Qollar: Dani Karvaxal, 74, Vinisius Junyor, 83.

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

İngiltərə, London. “Uembli” stadionu