"Qarabağ" 25 yaşlı braziliyalı yarımmüdafiəçiyə təklif göndərdi

"Qarabağ" 25 yaşlı braziliyalı yarımmüdafiəçiyə təklif göndərdi

"Qarabağ" Belçikanın "Beveren" klubunun futbolçusu Lukas Ribeyru Kostanı transfer etmək istəyir.

mediasport.az xəbər verir ki, Qurban Qurbanovun komandası 25 yaşlı braziliyalı yarımmüdafiəçiyə rəsmi təklif göndərib.

Belçika mətbuatının yazdığına görə, "sambaçı"nın xidmətində bir neçə klub maraqlıdır. Lukas Ribeyru Kosta Fransanın "Valensyenn", Belçikanın "Ekselsior", "Şarlerua" və "Muskron" klublarında da çıxış edib.