UEFA Millətlər Liqası: Millimizin oyunu macar hakimlərə tapşırıldı

UEFA Millətlər Liqası: Millimizin oyunu macar hakimlərə tapşırıldı

Sentyabrın 5-də Bakıda UEFA Milətlər Liqasının 1-ci turu çərçivəsində baş tutacaq Azərbaycan - İsveç oyununun hakimləri açıqlanıb.

Mediasport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Matç saat 20:00-da başlanacaq.


UEFA Millətlər Liqası. 1-ci tur


5 sentyabr

Azərbaycan - İsveç

Baş hakim: Balazş Berke

Yan xətt hakimləri: Vencel Tot, Balaş Şert

Dördüncü hakim: Çaba Pinter