"Nəticəni xeyrimizə dəyişmək üçün şansımız var" - "Zirə"nin rəqibi

"Nəticəni xeyrimizə dəyişmək üçün şansımız var" - "Zirə"nin rəqibi

UEFA Avropa Liqasında təmsilçimiz "Zirə"nin 1-ci təsnifat mərhələsində rəqibi Moldovanın "Şerif" klubunun futbolçusu Sedrik Badolo cavab görüşü haqda fikirlərini bölüşüb.

Mediasport.az xəbər verir ki, 26 yaşlı burkinafasolu yarımmüdafiəçi sosial şəbəkə hesabında ilk matçdakı məğlubiyyətin əvəzini çıxa biləcəklərini qeyd edib.

2022-ci ildən Tiraspol klubunda forma geyinən afrikalı ümidlərini itirmədiklərini vurğulayıb:

"Avropa Liqasına pis başladıq. Buna baxmayaraq, işimizi daha yaxşı görmək və nəticəni xeyrimizə dəyişmək üçün şansımız var".

Xatırladaq ki, "Zirə" - "Şerif" görüşü iyulun 18-də, saat 20:00-da "Dalğa Arena"da baş tutacaq.

Komandalar arasında ötən həftə Moldovada keçirilmiş matçda "Zirə" qalib gəlib - 1:0.