Premyer Liqa və kubokda ən çox qol vurulmuş oyunlar - SİYAHI

Premyer Liqa və kubokda ən çox qol vurulmuş oyunlar - SİYAHI

2023/2024 mövsümünün ilk yarısında Azərbaycan çempionatlarında və ölkə kubokunda ən çox qol vurulmuş qarşılaşmalar bəlli olub.

Mediasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ən məhsuldar oyunlarında 10 qol qeydə alınıb.

Azərbaycan Kubokunun “İrəvan” – “Araz-Naxçıvan” və II Liqanın “Göygöl” – “Şəmkir” matçlarının hər ikisi 8:2 hesabı ilə bitib. Kubokda qonaqlar, aşağı liqada meydan sahibləri qalib gəliblər.

İki dəfə 9 qol vurulub. Bu qarşılaşmalar Əvəzedicilər Liqası və II Liqada baş tutub. 10 oyun isə 8 qolla yekunlaşıb. Ümumilikdə 14 dəfə ən azı 8 top vurulub.

Azərbaycan Premyer Liqasının ən məhsuldar matçında “Qarabağ” “Kəpəz”i 7:1 hesabı ilə üstələyib. 2023/24 mövsümünün ən azı 8 qol vurulan oyunlarının 1-i Premyer Liqa, 1-i Azərbaycan Kuboku, 1-i I Liqa, 3-ü Əvəzedicilər Liqası, 8-i II Liqaya təsadüf edib.


8 və daha çox qolun vurulduğu oyunlar

14.11.2023. 2L. Göygöl - Şəmkir 8:2

19.12.2023. AK. İrəvan – Araz-Naxçıvan 2:8

25.09.2023. 2L. Kür-Araz - Kürmük Qax 6:3

06.11.2023. 2L. Şahdağ Qusar - Dinamo 9:0

13.08.2023. ƏL. Araz-Naxçıvan - Qəbələ 2:6

11.09.2023. 2L. Qusar - Şəmkir 7:1

21.09.2023. 1L. Şamaxı - Araz Saatlı 8:0

01.10.2023. ƏL. Turan Tovuz - Neftçi 0:8

24.10.2023. 2L. Şəfa - Cəbrayıl 2:6

31.10.2023. 2L. Cəbrayıl - Ağdaş 5:3

04.11.2023. APL. Qarabağ - Kəpəz 7:1

27.11.2023. ƏL. Neftçi - Araz-Naxçıvan 8:0

05.12.2023. 2L. Kür-Araz - Lerik 7:2

15.12.2023. 2L. Lerik - Dinamo 4:4


QEYD:
APL – Azərbaycan Premyer Liqası, AK – Azərbaycan Kuboku, ƏL – Əvəzedicilər Liqası, 1L – 1-ci Liqa, 2L – 2-ci Liqa