"Qarabağ" Avstriya toplanışında Xorvatiya və BƏƏ klublarına qarşı
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün daha iki yoxlama matçı keçirəcək.
Mediasport.az xəbər verir ki, Qurban Qurbanovun komandası ilk görüşdə Xorvatiyanın “Slaven" kollektivi ilə qarşılaşacaq.
Oyun Bakı vaxtilə saat 15:00-da başlanacaq.
Ağdam təmsilçisi Tirol bölgəsindəki hazırlığa “Əl-Şabab”la (BƏƏ) duellə yekun vuracaq. Qarşılaşma saat 19:00-da start götürəcək.
Xatırladaq ki, "köhlən atlılar" toplanış çərçivəsində Almaniyanın “Kayzerslautern” (1:3) və Çexiyanın “Viktoriya” komandaları ilə (2:1) gücünü sınayıb.