0 xalı olan "Kəpəz" uğursuz seriyanı davam etdirən altıncı kollektiv oldu
"Kəpəz" Azərbaycan Premyer Liqasının 7-ci turunda "Şamaxı"ya uduzub (0:2).
Mediasport.az xəbər verir ki, son 20 ildə ilk dəfə "sarı-göylər" Azərbaycan çempionatına 7 məğlubiyyətlə başlayıb.
Startda ardıcıl 7 məğlubiyyət alan sonuncu komanda "Şəfa" idi. Bakı klubu 2004/05 mövsümündə bu qədər görüşdə xal qazanmayıb.
Azərbaycan çempionatları tarixində ümumilikdə 6-cı dəfə bir komanda mövsümün ilk 7 oyununu xalsız başa vurub.
"Şəfa" və "Kəpəz"dən öncə "Şirvan" (Kürdəmir) 1992, "Xəzər" (Sumqayıt) 1994/95, "Şəmkir" 1996/97, "Şahdağ" (Quba) 2000/01 mövsümümdə bu uğursuzluğu yaşayıb.