Çempion - "Mingəçevir"

Çempion - "Mingəçevir"

AFFA-nın təşkil etdiyi U-12 Qızlar Liqasında 2022/2023-cü illər mövsümünün qalibi müəyyənləşib.

mediasport.az xəbər verir ki, final matçında “Xırdalan City” və “Mingəçevir” komandaları qarşılaşıb.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə nəticələnib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən “Mingəçevir” komandası 3:2 hesablı qələbə ilə liqanın çempionu adını qazanıb.

Gəncənin “Ümid-TİM” komandası mövsümü üçüncü pillədə başa vurub.