Finalda "Neftçi"ni məğlub edən "Sabah" çempion, "Zirə" isə 3-cü oldu
AFFA-nın təşkil etdiyi U-15 Liqasında 2022/2023-cü illər mövsümünə yekun vurulub.
MediaSport.az xəbər verir ki, "ASCO Arena"da keçirilmiş final görüşündə “Sabah” “Neftçi” ilə qarşılaşıb.
Rəqibini 1:0 hesabı ilə məğlub edən “Sabah” liqanın qalibi olub.
3-cü yer uğrunda oyunda “Zirə” “Araz Naxçıvan” üzərində böyükhesablı qələbə qazanıb - 6:0.
“Sabah”ın üzvü İslam Həsənov 76 qolla liqanın ən məhsuldar oyunçusu seçilib. "Neftçi"nin futbolçusu Elvin Vəliyev isə yarışın ən yaxşı oyunçusu adına layiq görülüb.