"Qarabağ" çempion oldu - FOTO
AFFA U-13 Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.
Mediasport.az xəbər verir ki, “ASCO Arena”da üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.
Bürünc mükafat uğrunda matçda “Vətən İOEUGFMPHŞ” üzərində 2:0 hesablı qələbə qazanan “Ulduz” yarışı üçüncü sırada tamamlayıb.
Ardından final qarşılaşmasında “Qarabağ“ “Neftçi”ni 1:0 hesabı ilə məğlub edərək çempion olub. “Neftçi” isə gümüş medallara yiyələnib.
Oyunlardan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar.
Həmçinin üç liqa üzrə futbolçular fərdi nominasiyalarla mükafatlandırılıblar. AFFA U-8 Liqasında “Amasiya” klubundan Atanur Əliyev, AFFA U-9 Liqasında “AF Group”dan Tunar Rəşidzadə, AFFA U-13 Liqasında isə “Neftçi”dən Səid Bayramov fair-play mükafatına layiq görülüblər.
Mükafatları AFFA Elit-məşq layihəsinin rəhbəri Yunis Hüseynov, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəisi Yusif Vəliyev və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim ediblər.