Rəqiblə toqquşan "Neftçi"nin futbolçusunun dalağı partlayıb
"Neftçi"nin U-15 komandasının qapıçısı Nurəziz Əzizov oyun zamanı ciddi zədə alıb.
Mediasport.az xəbər verir ki, gənc qolkiper ölkə çempionatının 15-ci turunun "Ulduz Mingəçevir" klubuyla matçının 37-ci dəqiqəsində rəqibin hücumçusu ilə toqquşub.
Kürdəmir Mərkəzi Xəstəxanasına yerləşdirilən Əzizova dalağının partlaması diaqnozu qoyulub. Əməliyyatı uğurla keçən Nurəziz hazırda müalicəsini xəstəxanada davam etdirir.
"Aağ-qaralar"ın baş icraçı direktoru Fərrux Mahmudov sosial şəbəkə hesabında paylaşım edərək qapıçının vəziyyətinin normal olduğunu açıqlayıb.