"Qarabağ" Bakıya qayıdıb

"Qarabağ" Bakıya qayıdıb

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer"lə qarşılaşan "Qarabağ" Bakıya qayıdıb.

Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi bir qədər öncə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Avropa Liqasında tarix yazaraq 1/4 finala qədər irəliləyən Qurban Qurbanovun komandasını idman ictimaiyyəti, media nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, Almaniya nəhənginə iki matçda 4 qol vuran (2:2, 2:3) "köhlən atlar" mübarizəni 1/8 finalda dayandırıblar.