Hakimlərimiz İsveç, Xorvatiya, Uels və Albaniyanın oyununda
FİFA referilərimiz UEFA-dan təyinat alıblar.
MediaSport.az xəbər verir ki, FİFA referisi Rauf Cabarov və FIFA referi köməkçisi Namiq Hüseynov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda keçiriləcək oyunlarda ədaləti qoruyacaqlar.
İsveç, Xorvatiya, Uels və Albaniya komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 20-dən 26-dək Xorvatiyada təşkil ediləcək.