"Qarabağ" - "Bayer" oyununu məşhur ingilis hakim idarə edəcək
Noyabrın 9-da UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Bayer" oyununu idarə edəcək hakimlər açıqlanıb.
Mediasport.az xəbər verir ki, qarşılaşmada əsas söz sahibi İngiltərədən olan məşhur Kreyq Pouson olacaq.
Ona yan xətt hakimi qismində Simon Bennett və Li Betts kömək edəcək. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək.
VAR-da avstriyalı Jared Cillett, AVAR-da isə Mixael Salisburu fəaliyyət göstərəcək.
Görüş saat 21:45-də başlanacaq.