"Neftçi" turnirin son oyununda "Fənərbağça"ya belə uduzdu - VİDEO
Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində sonuncu oyununu keçirib.
MediaSport.az xəbər verir ki, komanda Adrian Mutunun debüt görüşündə "Fənərbağça" ilə qarşılaşıb.
"Smena" stadionunda baş tutan matç türkiyə təmsilçisinin qələbəsilə yekunlaşıb - 1:0. Yeganə topu 73-cü dəqiqədə Edin Zeko vurub.
"Ağ-qaralar" ilk matçda "Zenit"ə (Rusiya) 1:3, daha sonra Serbiyanın "Srvena Zvezda" komandasına 0:4 hesabı ilə uduzub.
Qeyd edək ki, "Neftçi" iyulun 18-də yoldaşlıq oyununda Moskva "Spartak"ı ilə görüşəcək.