Azərbaycan yığmasının futbolçusu Türkiyə millisində oynayacaq

Azərbaycan yığmasının futbolçusu Türkiyə millisində oynayacaq

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Göknur Güleryüz milli komandasını dəyişib.

Mediasport.az xəbər verir ki, “Fənərbağça”da çıxış edən 20 yaşlı qapıçı bundan sonra Türkiyə seçməsinin formasını geyinəcək.

Azərbaycanın əsas millisinə cəlb olunan türkiyəli qolkiper yekunda doğma ölkəsinin yığmasında oynamağa üstünlük verib.

Qaydalara görə, futbolçu 21 yaşına kimi milli komandasını dəyişə bilər.