UEFA növbəti dəfə Azərbaycan klublarına ödəniş edib
UEFA 2022/2023-cü illər mövsümündə avrokuboklarda çıxış edən Azərbaycan klublarına növbəti dəfə ödəniş edib.
Mediasport.az xəbər verir ki, qitə futbol qurumu tərəfindən Avropa Konfrans Liqasında çıxışa görə “Neftçi”, “Qəbələ” və “Zirə”yə ayrılan əlavə ödənişlər AFFA-nın vasitəçiliyi ilə onların hesabına köçürülüb.
“Neftçi” 106 943 avro, “Qəbələ” və “Zirə” isə hərəyə 64 166 avro gəlir əldə edib.