ÇL-də 3-cü raund: "Qarabağ" "Ludoqoreç"ə uduzdu - YENİLƏNDİ
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin oyunları start götürüb.
Mediasport.az xəbər verir ki, Azərbaycanın yarışdakı təmsilçisi "Qarabağ" ilk matçını evdə keçirib.
Qurban Qurbanovun komandası Bolqarıstan çempionu "Ludoqoreç"i qəbul edib.
Komandalar arasında cavab qarşılaşması avqustun 13-də "Ludoqores Arena"da baş tutacaq.
UEFA Çempionlar Liqası. 3-cü təsnifat mərhələsi. İlk oyun
“Qarabağ” (Azərbaycan) - “Ludoqoreç” 1:2 (Bolqarıstan)
Qollar: Juninyo, 65 - Deroy Duarte, 56, Kayo Vidal, 87.
Baş hakim: Urs Şnider
Yan xətt hakimləri: Marko Zürker, Benjamin Zürker
Dördüncü hakim: Sven Volfensberger
VAR hakimləri: Fedayi San, Yohannes von Mandak
Tofiq Bəhramov adına Respublika stadionu
"Qarabağ": 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo.
Baş məşqçi: Qurban Qurbanov.
"Ludoqorets": 39. Hendrik Bonmann, 3. Anton Nedyalkov (k), 24. Oliver Verdon, 4. Dinis Almeyda, 17. Son, 30. Pedro Naressi, 23. Deroy Duarte, 6. Yakub Pyotrovski, 11. Kayo Vidal, 37. Bernard Tekpetey, 9. Kvadvo Dua.
Baş məşqçi: Georgi Dermenciev.