Azərbaycandan ayrılan futbolçu Serbiya klubuna transfer oldu
"Neftçi"dən ayrılan Voislav Stankoviçin yeni klubu müəyyənləşib.
MediaSport.az xəbər verir ki, serbiyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək.
35 yaşlı futbolçu "Jelezniçar" (Pançevo) klubu ilə müqavilə bağlayıb.
Qeyd edək ki, Voislan Stankoviç Azərbaycanda "İnter" (indiki "Şamaxı") və "Qəbələ"də çıxış edib. O, 2019-cu ildən "Neftçi"nin şərəfini qoruyurdu.