"Qarabağ" başlayır - Çempionlar Liqasında I təsnifat mərhələsi

"Qarabağ" başlayır - Çempionlar Liqasında I təsnifat mərhələsi

"Qarabağ" bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2023/2024-cü illər mövsümündə mübarizəyə start verəcək.

MediaSport.az xəbər verir ki, Ağdam təmsilçisi I təsnifat mərhələsinin ilk oyunu çərçivəainsə Cəbəllütariqdə "Linkoln"la qarşılaşacaq.

Komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində "Rakuv" (Polşa) - "Flora" (Estoniya) cütünün güclüsü ilə üz-üzə gələcək.


UEFA Çempionlar Liqası. I təsnifat mərhələsi. İlk oyun


19:30. "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Vitali Spasennikov, Raymonds Tatriks, Arturs Sakurovs Aleksandrs Anufriyevs (hamısı Latviya)

Cəbəllütariq, "Viktoriya" stadionu.