Azərbaycan 1-ci Liqa klubu qabonlu futbolçu transfer edib
Birinci Liqada iddialı olmağı hədəfləyən "Karvan" heyətini yeni legionerlə gücləndirib.
Mediasport.az xəbər verir ki, Kənan Kərimovun baş məşqçisi olduğu bölgə təmsilçisi Ondo Vensli Makkaş Qlennlə müqavilə bağlayıb.
20 yaşlı qabonlu futbolçu ilə anlaşma 1 illik nəzərdə tutulub. O, ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarında forma geyinib.
Yevlax klubu 2 turdan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb.