Macarıstan çempionu "Neftçi"nin bu futbolçusuna "elçi düşdü"
"Neftçi"nin vingeri Kilan Lebon karyerasını Macarıstanda davam etdirə bilər.
Mediasport.az xəbər verir ki, bu ölkənin son çempionu "Ferensvaroş" 26 yaşlı vingeri transfer etmək istəyir.
Məlumata görə, ötən mövsüm "Qarabağ"dan Kvabena Ovusunun heyətinə qatan Şaba Matenin komandası Sent-Martin millisinin futbolçusu üçün qışda "Neftçi"yə rəsmi təklif göndərəcək.
"Ağ-qaralar"a 2023-cü ilin yanvarında "Astana"dan gəlmiş Lebonun Bakı klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Tərəflər arasında anlaşmada müqavilənin 1 il uzadıla biləcəyi bəndi yer alır.