"Ən yaxşısını etməyə və azarkeşlərimizi sevindirməyə çalışacağıq" - QURBAN QURBANOV

"Ən yaxşısını etməyə və azarkeşlərimizi sevindirməyə çalışacağıq" - QURBAN QURBANOV

"Komanda istəklidir. Yaxşı oyun və nəticə ilə Bakıya qayıtmaq istəyirik".

mediasport.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Finlandiyada "Helsinki"yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis var güclərini meydanda qoyacaqlarını bildirib: "Meydan süni örtüklüdür, amma buna hazır olmalıyıq. Ən yaxşısını etməyə və azarkeşlərimizi sevindirməyə çalışacağıq".

Qeyd edək ki, sabah oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. İlk matçda təmsilçimiz qələbə qazanıb - 2:1.