"Qarabağ" - "Linkoln" cütünün qalibinin potensial rəqibi bu gün müəyyənləşir - Çempionlar Liqası

"Qarabağ" - "Linkoln" cütünün qalibinin potensial rəqibi bu gün müəyyənləşir - Çempionlar Liqası

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Mediasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

2-ci təsnifat mərhələsinin "Qarabağ” - "Linkoln" (Cəbəllütariq) cütünün qalibi də potensial rəqibini tanıyacaq.

“Linkoln” - “Qarabağ” cütü püşk zamanı səpələnmişlər sırasında yer alacaq.

Məğlub olan tərəf yoluna UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam edəcək.

Burada da mümkün rəqib bu gün baş tutacaq püşkatmada müəyyənləşəcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 3-cü raundun görüşləri avqustun 6-7-də və 13-də keçiriləcək.