Premyer Liqada "Sumqayıt" - "Sabah" oyunu təxirə salındı

 Premyer Liqada "Sumqayıt" - "Sabah" oyunu təxirə salındı

Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində sabah keçirilməli olan "Sumqayıt" - "Sabah" qarşılaşması təxirə salınıb.

mediasport.az xəbər verir ki, ölkəmizi Avropa Konfrans Liqasında təmsil edən “Sabah” klubu Serbiyanın “Partizan” klubu ilə cavab görüşünə daha yaxşı hazırlaşmaq məqsədilə Premyer Liqanın 2-ci turunun “Sumqayıt” ilə görüşünün təxirə salınması barədə "gənclik şəhəri" təmsilçisinə müraciət edib.

“Sabah” klubunun rəsmi müraciətini nəzərə alan “Sumqayıt” klubu ölkə idmanının beynəlxalq səviyyədə daha yaxşı təmsil olunmasını əsas götürərək müraciətə müsbət cavab verib. 

Azərbaycan Premyer Liqasının 13 avqust tarixinə nəzərdə tutulmuş “Sumqayıt” - “Sabah” oyunu təxirə salınıb. Görüşün yeni tarixi ilə bağlı əlavə məlumat PFL-in saytında veriləcək.