Argentina və Malayziyadan "Neftçi"nin uğursuzluğuna ÜSYAN

Argentina və Malayziyadan "Neftçi"nin uğursuzluğuna ÜSYAN

"Neftçi"nin keçmiş futbolçuları komandanın uğursuz çıxışlarında klub rəhbərliyini ittiham edib.

Mediasport.az xəbər verir ki, yayda düşərgədən ayrılan Eddi İsrafilov və Lukas Melano problemin futbolçularda olmadığını qeyd ediblər.

Hazırda Malayziyanın "Yohor Darul Tazim" klubunda oynayan İsrafilov klubun paylaşımına şərh yazıb:

"İndi problem nədir? Mən komandada deyiləm, İvan Brkıç yox, Voislav Stankoviç, Mamadu Mbodj, Lukas Melano, Kenni Sayef yoxdur, Emin Mahmudov da oynamır, Laurentsiu Reqekampf da yoxdur, Adrian Mutu da yoxdur ki, bizi günahlandırasınız. Lütfən vicdanlı olun və istefa verin. Klubu azarkeşlər idarə etməlidir".

Argentinalı Melano da "ağ-qaralar"ın durumuna biganə qalmayıb:

"Problem oyunçularda deyil!!! Bu, əvvəldən aydın idi".

Xatırladaq ki, "Neftçi" Premyer Liqada 9 turdan sonra qələbə qazanmayan yeganə komandadır. Paytaxt klubu son olaraq dünən autsayder "Kəpəz"ə 3:4 hesabı ilə uduzub.