Milli komandamızın hücumçusu Rusiya klubuna geri qayıdıb
Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə icarə əsasında oynadığı Səudiyyə Ərəbistanının "İstern Fleyms" klubundan ayrılması rəsmiləşib.
Mediasport.az xəbər verir ki, yığmamızın hücumçusu müqavilə ilə məxsus olduğu “Krasnodar”a geri dönüb.
30 yaşlı forvard yenidən Rusiya klubunda forma geyinəcək.
Xatırladaq ki, Cəfərzadənin Krasnodar təmsilçisi ilə müqaviləsi 2025-ci ilin sonunda başa çatacaq.