Serbiyalı "Neftçi"də 100-ü haqladı
Voyislav Stankoviç “Neftçi”nin heyətində 100-cü oyununu keçirib. Serbiyalı müdafiəçinin yubileyi Premyer Liqanın VIII turunda gerçəkləşib.
MediaSport.az xəbər verir ki, “Qarabağ”la səfərdəki Azərbaycan derbisi Stankoviç üçün 100-cü matçla əlamətdar olub. O, bu görüşlərdə 6 qola imza atıb.
35 yaşlı müdafiəçi həm də Premyer Liqada 75-ci dəfə “ağ-qaralar”ın formasını geyinib. O, 5 qolunu çempionatda vurub. Stankoviç avrokuboklarda 18, ölkə kubokunda 7 (1 qol) dəfə “Neftçi”nin şərəfini qoruyub.
Müdafiəçi 2019-cu ilin yayından Bakı klubunda çıxış edir.