"Qarabağ" - "Malmö" oyununa satılan biletlərin sayı açıqlandı

"Qarabağ" - "Malmö" oyununa satılan biletlərin sayı açıqlandı

"Qarabağ" bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin 2-ci turunda "Malmö"nü qəbul edəcək.

Mediasport.az xəbər verir ki, bu gün paytaxt Bakıda keçiriləcək qarşılaşmaya maraq böyükdür.

Belə ki, qarşılaşmaya hələlik 24 min bilet satılıb.

Görüş 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.